türk dili,türki,türkcə adı ilə tanınmış,indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir.Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə danışır.Azərbaycan dili müstəqil respublikamızın dilidir.
Azərbaycan dili azərbaycanlıların ana dilidir.Respublikamızın qədim sakinlərdindən olan azsaylı xalqlar da ( ləzgilər,tatlar,talışlar,avarlar,kürdlər, və s.) Azərbaycan dilindən unsiyyət vasitəsi kimi istifadə edirlər.
Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir.XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.
1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.
1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dövlət dili öz əski adında,türk dili adlandırıldı.2001-ci il iyunun 18-də Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman verildi.2003-cü ilin yanvarın 2-də Azərbaycan Respublikasının dövlət dili haqqında qanun qəbul edildi.Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir
Hiç yorum yok:
Yorum Gönder
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.