Leksika

         Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.


Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: "qələm" sözünün leksik mənası "yazı alətidir". Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq -müstəqillik - sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini  izah etməklə. Məsələn: dəmirçi - metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.
3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabıiçində yazı üçün mürəkkəb saxlanılan qab. 
Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: "qələm" sözü əşyanın adını, "qırmızı" əlamətini, "bir" isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.

Sözün həqiqi və məcazi mənası

Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdırMəsələn: "dəmir qapı", "daş divar", "yıımşaq çörək" və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanırMəcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: "dəmir iradə", "daş ürək", "yıımşaq söz" və s. söz birləşmələrindəki birinci tərəflər -"dəmir", "daş" və “yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. "Külək yatdı", "Təbiət gülür", "Təbiət oyanır", "Günəş gizləndi" və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.

Təkmənalı və çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: "ayaq", "ağız", "boğaz", "almaq", "çəkmək" və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
Ayaq - uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız - quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz - uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Almaq - kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək - ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı - acı dərman, acı xatirə, acı söz və s.
Ağır ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: "adamın gözü" birləşməsındəki "göz" sözü həqiqimənada, "bulağın  gözü" bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi - darağın dişi - hər ikisi isimdirşirin meyvə - şirin söhbət - hər ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.


Antonimlər


Bir-birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir.
Məsəslən: yer – göy, sülh – müharibə, igid – qorxaq, gülmək – ağlamaq,oturmaq – qalxmaq, gecə – gündüz və s. 
Antonimləri təşkil edən sözlər də eyni bir nitq hissəsinə aid olur.
-lı, -sız, -bi, li antonim şəkilçiləri ilə yaranan sözlər leksik antonim deyil. Məsələn: güclüsözünün antonimi gücsüz yox, zəif sözü sayılır.


Sinonimlər


Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənalırı bildirən sözlərə sinonimlər deyilir. 
Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq – alıçdırmaq – yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.
Sinonimləritəşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
-bi, -siz, -la, sinonim şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız; laməkan – məkansız.
Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur.Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.


Omonimlər


Deyilişi və yazılışı eyni olan, leksik mənası isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:
Bağ -meyvə ağacları əkilmiş sahə.
Bağ – bir şeyi bağlamaq üçün ip.
Şam – yandırmaq üçün cisim
Şam – ağac adı
Şam – axşam yeməyi
Fokus– linzanın fokusu
Fokus – sirkdə göstərilən nömrə
Bu nümunələrdəki bağ, şam və fokus sözlərinin deyilişi eyni olsa da, onların ayrı-ayrı anlayışları var. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, alışmaq, an, aş, aşıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bənd, boya, bulamaq, çat, çap, çay, çaxmaq, çən, dad, dağ, dan, dar, daş, din, don, dolu, divan, düz, en, əqrəb, əsər, göy, gül, hava, iç, inci, incitmək, it, keçinmək, kök, köç, kürək, qala, qat, qaş, qaz, qır, qız, qurd, qan, qol, qovaq, qoyun, ləpə, mürəkkəb, nəticə, rəng, ov, oxu, oxşamaq, saç, sal, şam, şor, tala, tək, top, tut, uçmaq, üz, var, yağ, yal, yan, yaş, yad, yay, yar, yara, yaz, yol və s.
Omonimıiyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bağ və şam omonimlərinin hər ikisi isimdir. Aşağıdakı omonimlər də eyni bir nitq hissəsinə aiddir:
Ay – yerin peyki.
Ay – 30 gün.
Bal – qatı şirin maddə.
Bal – zəlzələnin, küləyin gücünü bildirən ölçü vahidi.
Bal – rəqs gecəsi, şənlik
Əqrəb – saatın mili
Əqrəb – zəhərli həşarat;
Uçmaq – qanadlanmaq,
Uçmaq – dağılmaq.
Oxşamaq – bənzəmək,
Oxşamaq – əzizləmək
Alışmaq – öyrənmək, adət etmək.
Alışmaq – yanmaq.
Dilimizdə ayrı-ayrı nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.
İsim və sifət kimi işlənən omonimlər:
Yaş -insan ömrünün müəyyən dövrü.
Yaş – nəm, islanmış
Kök – tərəvəz,
Kök – dolu, yoğun, şişman.
Mürəkkəb – yazı üçün maye,
Mürəkkəb – çətin
Omonimlərin bir çoxu isim və feil kimi işlənə bilir:
Gül ətri (isim) – Ağlama, gül (feil).
Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: oynaq (bədəndə sümük) ismi ilə oynaqhava birləşməsindəki oynaq sifəti düzəltmə omonimdir.
Səslənməsinə görə bir-birinə oxşar olan ahəng – əhəng, atlaz – atlas, əsr – əsir, serviz – servis, sənəd – sənət və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Tırkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.
Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Vəsələn: alma (isim) – alma (feil), əkin (isim) – əkin (feil), dimdik (isim) – dimdik (sifət) və s.
Bu gür sözlərin yazılışları eyni olsa da, tələffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.
Qrammatik şəkilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
Mehriban (şəxs adı_ – mehriban, çiçək – Çiçək (şəxs adı), yaqut – Yaqut (şəxs adı) kimi tərəflərindən biri xüsusi isim olan sözlər omonimlik yaratmır. Belə ki, bu vaxt məna-məfhum fərqi meyadana çıxmır, anlayış dəyiəmir. Bundan başqa, nərə, əyan, bəzən tipli sözlər də omonim sayılmır. Çünki nərə (qışqırtı), əyan (dövlət məmuru), bəzən (hərdən)sözlərində birinci hecadakı sait uzun tələffüz olunur. Eyni çür yazılan nərə (balıq), əyan (aşkar), bəzən (bəzənmək) sözlərində isə heç bir sait uzanmır. Omonimin tərifindən çıxış edərək, bu sözlərin yazılışı eyni olsa da, tələffüzünüm fərqi olması onların omonim olmadığını söyləməyə əsas verir.
Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimik xüsusiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlan və şirəli kök birləşmələrindəki kök sözü isə omonimdir. Boğaz, yar, qaş, qol, yol, daş, duz, dolu, dil, yay, üz, tut, bel sözləri də həmçoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.




Frazeoloji birləşmələr


Dildə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi və sabit söz birləşməsi.Sabit söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz birləşmələridir. Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək ( şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji söz birləşməlidir. Belə birləşmələrin tərkib hissələri olan sözlər özhəqiqi mənasından uzaqlaşır və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar cümləsindəki frazeoloji birləşmə nə edirlər? sualına cavab verir, deməli, cümlənin xəbəridir.
Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların çoxunu bir sözlə əvəz etmək olar. Məsələn: ürəyinə xal düşmək – şübhələnmək, qulaq asmaq – dinləmək, ağzına su aləb oturmaq – susmaq və s.
Frazeoloji birləşmələr əsas və asılı tərəf olunur.
Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyətlərinə malik olur.
Frazeoloji omonimliyə aid nümunələr: can vermək, üz vermək, ürəyi yanmaq, işə düşmək, başa vurmaq və s. Məsələn: Elə bil yağış susuz torpaqlara can verdi. – Döyüşçü yaralanaraq meydanda can verdi; Susuzluqdan ürəyi yanır. – Ananın qocaya ürəyi yanır; Əvvəllər də bədbəxt hadisələr üz verirmiş. – Üz verirsən, astar istəyir.
Frazeoloji sinonimlik dedikdə eyni və ya yaxın mənaları bildirən frazeoloji birləşmələr nəzərdə tutulur. Məsələn: qulaq asmaq – qulaq vermək, qılığına girmək – qəlbinə yol tapmaq və s.
Frazeoloji antonimlik dedikdə mənaca bir-birinə əks olan frazeoloji birləşmələr nəzərdə tutulur. Məsələn: xoşu gəlmək – zəhləsi getmək, ağzına su alib oturmaq – dilotu yemək və s. Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyəti daşıyarkən hər iki tərəf mütləq Frazeoloji birləşmə olmalıdır.
Frazeoloji birləşmələrdə əsas və asılı tərəf olmadığı üçün onlara bir tərəfdən digər tərəfə sual vermək olmur.
Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Onlar daha çox bədii üslubda və məişət üslubunda işlənir


Alınma sözlər


Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlik və feillərin, demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
1.Ərəb və fars dillərindən alınma sözlər.
2. Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.
Alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayanxüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə iki saitin yanaşı işlənməsi.
Məsələn: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi.
Məsələn: aləm, məna, elan, xüsusi, səliqə və s.
Avropa mənşəli sözlərdə uzun tələffüz olunan sait olmur.
3. sözün r  samiti ilə başlanması.
Məsələn: rezin, rayon, rəssam, rəf, rəndə və s.
4. Sözdə j  samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s. Qiji, qijilti kimi sözlər istisnadır.
5. Vurğusu son hecaya düşməyən sözlərin çoxu (bayaq, bildir, dünən, necə, ancaq, yalnız, sanki və s. kimi əsl Azərbaycan sözləri istisnadır). 
6. Sözdə ahəng qanununun pozulması.
Məsələn: aşıq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).
7. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi – sirr, həll, hiss, xətt, tibb, həddvə s.
8. Qoşa yy samitli sözlərin hamısı.
9. Tərkibində q samitinin kar qarşılığı k səsi olan sözlərin çoxu – kolxoz, klub, tank, xalq, şəfəq, əxlaq və s.
10. Fleksiyaya uğrayan (kökü içəridən dəyişən) sözlər:
Məsələn: (ərəb mənşəli sözlər) nəsr-nasir-mənsur; şəkil-təşkil-mütəşəkkil; eşq-aşiq-məşuq-məşuqə və s.
11. Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdir.
Ərəb və fars dillərindən alınma sözlər isə la-, na-, bi-, ba- ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur.
Məsələn: laməkan, laqeyd, naşükür, naməlum və s.
Nadinc və nakişi sözləri istisna hal olaraq milli mənşəlidir.
Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, məktub, kitab, katib, dərs, tədris, mədrəsə, sinif, elm, Allah, rəbb, islam, peyğəmbər, məscid, müsəlman, inam, namaz, səcdə, ilahi, oruc, həcc, molla, axirət, cənnət, şeytan, Əkbər, Zəhra, Ömər, Cəfər, Həsən, Əli, Fatma və s.
Sözün əvvəlində iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, tramplin və s.
Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir. Məsələn: gül, bülbül, bahar, payız, dilbər və s.
Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s.
Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s.
Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s.
İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.
Alınma sözlərin bir çoxunun dilimizdə qarşılığı vardır. Lakin bu, nitqdə alınma sözlərdən qaçmağa əsas vermir. Alınma sözlərdən elmi, qismən də, bədii və publisistik üslublarda termin kimi istifadə etmək mümkündür. Lakin danışıqda, məişət üslubunda onlardan istifadə olunmasına ehtiyac yoxdur.
Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa gətirib çıxarır.
Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic (ruscada kirpiç), karandaş, ütü (utyuq), sandıq (sunduk) və s. sözlər bizim dilimizdən keçmişdir.



Ümumişlək və ümumişlək olmayan sözlər


Dilimizdəki sözlər işlənmə dairəsinə görə 2 qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlanılan sözlərə ümumişlək sözlər deyilir.
Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad və s.

ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR

Hamı tərəfindən istifadə olunmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər dörd qrupa bölünür:
1. dialekt sözlər
2. ixtisas sözləri
3. yeni sözlər
4. köhnəlmiş sözlər

DİALEKT SÖZLƏR

Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözlər deyilir.
Məsələn: döşəkçə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü isə yalnız ayrı-ayrı bülgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), gəvəzə (boşboğaz), əlardan (dəsmal), dənab (qaynadılmış su), qəməlti (bıçaq), siyəzi (kisə), zivə (paltar asmaq üçün ip) və s. sözlər dialekt sözlərdir.

TERMİNLƏR

Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir. Məsələn:frazeologoya, mübtəda, orfoepiya, tropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna və s.
Terminlər elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üsluba başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir.
Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinonimin olmamasıdır.
Qeyd: Dildə işlənən kobud ifadələr, nalayiq sözlər vulqar sözlər adlanır. 

YENİ SÖZLƏR

İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.
Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, soyad, durum, dəstək, önəmli, gündəm, cangüdən və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yeni sözlərdir.
Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: mesaj, internet, bələdiyyə, investisiya, birja, kompüter, menecer və s.

KÖHNƏLMİŞ SÖZLƏR

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişləkxüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı (ölçü və çəki vahidləri, geyim adları, rütbə adlarə, pul vahidləri və s.) köhnəlmiş sözlər tarixizm adlanır.
Məsələn: çarıq, daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), yasavul (polis), xurcun (torba), batma (çəki vahidi) və s.

2 yorum:

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.