Söz yaradıcılığı
Söz yaradıcılığı dilçiliyin xüsusi bir bölməsidir. Bu bölmədə sözlərin yaranma üsulları öyrənilir. Dilimizdə söz yaradıcılığının iki əsas üsulu var:
1.Leksik şəkilçilərin köməyilə yeni - düzəltmə sözlərin yaranması. Məsələn: su+çu, su+lu, su+la; gül+çü, gül+iük, gül+dan və s. Leksik şəkilçilərin köməyi ilə düzlətmə sözlərin yaranması qaydası morfoloji üsul adlanır.
2.İki müstəqil leksik mənalı sözün birləşməsi ilə yeni -mürəkkəb sözlərinyaranması. Məsələn: ayaq və qab ~ ayaqqabı, uca yə boy - ucaboy, aş və süzən = aşsüzən və s. Sözlərin bu cür yaranma qaydası isə sintaktik üsul adlanır.
Eyniköklü sözlər
Eyni bir kökdən düzələn sözlər eyniköklü sözlər adlanır. Məsələn:
ov-ovçu-ovla (maq) - ovlaq;
duz-duzlu-duzsuz-duzlamaq);
kəs(mək) - kəskin - kəsik - kəsici və s.
Eyniköklü sözlər, nümunələrdən göründüyü kimi, bəm eyni bir nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn: gül ismindən düzəlmiş gülçü - güllük - güldan eynikök-sözlərinin hamısı isimdir. Ot ismindən düzəlmiş otlaq-otlu-otla-otlaq) sözlərinin isə birincisi isim, ikincisi sifət, üçüncüsü feldir.
Eyniköklü sözlər yalnız düzəltmə sözlər sayılır.Məsələn, yazdım, yazır, yazlıq, yazı, yazıçı, yazıçılıq sözlərindən yalnız son düzəltmə sözləreyniköklü sözlər sayılır. Çünki yazı, yazıçı və yazıçılıq düzəltmə sözlərinin hər üçünün kökü "yaz" felidir. yazlıq sözü də düzəltmədir, ancaq bu söz “yaz” (bahar) ismindən düzəlmişdir. Yazdım, yazır sözləri isə qrammatik şəkilçili sadə sözlərdir.
İki və daha artıq leksik şəkilçili düzəltmə sözlər
Dilimizdə bəzi düzəltmə sözlər iki və daha artıq leksik şəkilçinin köməyi ilə yaranır. Bu, o deməkdir ki, bır düzəltmə sözdən başqa bir düzəltmə söz yaratmaq olur. Məsələn: yaz +ı+lı, yazı+çı, yazıçı+lıq; ək - ək+in, əkin+çi, əkinci+lik; üz -gü, üzgü+çü, üzgüçü+lük; qoru - qoru+q, qoruq+ çu, qoruqçuluq+luq və s.
Bəzi düzəltmə sözlərin tələffüzü
Sonu iki samitlə (ya hər ikisi cingiltili samitlə, ya da birincisi kar, ikincisi cingiltili samitlə) bitən bəzi təkhecalı sözlərə samitlə başlayan leksik (və ya qrammatik) şəkilçi qoşulduqda üç samitin yanaşı gəlməsi tələffüzü çətinləşdirir. Buna görə həmin sözlərin kökündəki samitlərin arasına tələffüzdə bir sait səs artırılır. Məsələn: üzv -üzv+lük - [üzüvlüx'], rəhm - rəhm+li [rəhimli], sədr - sədr+lik [sədirlix']. üzr - üzr+süz [üzürsüz], hökm - hökm+lü [hökümlü], zülm - zülm+kar [zülümkar], sehr - sehr+li [sehirri] və s.
Qeyd: Bu cür sözlər alınma sözlərdir.
Sonu iki kar samitlə bitən sözlərə isə samitlə başlanan hər hansı bir şəkilçi qoşulduqda kökdəki samitlərdən ikincisi tələffüz olunmur. Məsələn: dost - dost+luq [dosluğ], neft -neft+çi [nefçi], sərbəst - sərbəst+lik [sərbəslix] , üst - üst+də [üsdə], xoşbəst - xoşbəxt+lər [xoşbəxlər], güzəşt - güzəşt+siz [güzəşsiz] və s.
Qeyd: Bu cür sözlər də, əsasən, alınma sözlərdir.
Mürəkkəb sözlər
İki (bəzən də daha çox) sözün birləşməsi ilə yaranan yeni mənalı sözlər mürəkkəb sözlər adlanır.
Mürəkkəb sözlər bir neçə yolla yaranır:
1. İki müxtəlif mənalı sözün birləşməsi ilə: dəvəquşu. üçbucaq, əlüzyuyan, yarımada, kəklikotu, suiti, ayaqqabı və s.
2. Yaxın mənalı sözlərin birləşməsi ilə: səs - küy, qohum-qar-daş, toyuq-cücə, oğul-uşaq, yorğan-döşək, qapı-baca. qoyun-quzu və s.
3. Antonim sözlərin birləşməsi ilə: yer - göy, az çox, gecə-gündüz, gec-tez, böyük - kiçik və s.
4. Eyni sözün təkrarı ilə: səhər - səhər, yavaş-yavaş, tez-tez, bir-bır, asta-asta və s.
Mürəkkəb sözlər üç cür yazılır: bitişik, defislə və ayrı.
İki müxtəlif mənalı sözün birləşməsindən düzələn və vurğusu ikinci sözün üzərinə düşən mürəkkəb sözlər bitişik yazılır .İki sözün birləşməsindən düzələn və məcazi mənada işlənən mürəkkəb sözlər də bitişik yazılır: üzüyola, suyuşirin, qaradinməz, gözucu, dilucu və s. Yuxarıda 2-4 -cü bəndlərdə verilmiş mürəkkəb sözlər isə defislə yazılır. Birinci hissəsi qeyri sözündən ibarət olan mürəkkəb sözlər və tərəflərindən biri (bəzən də hər ikisi) ayrılıqda işlənməyən sözlərdən düzələn mürəkkəb sözlər də defislə yazılır: Məsələn: qeyri-adi, qeyri-ciddi, qeyri-müəyyən, qeyri-dəqiq, çör-çöp, az-maz, əzik-üzük, kələ-kötür, uzun-uzadı, bəzək-düzək və s.
Mürəkkəb fellər və mürəkkəb saylarayrı yazılır: qəbul olmaq, kömək etmək, razı qalmaq, sakit olmaq; on beş, yüz otuz, səksən beşinci və s.

Hiç yorum yok:
Yorum Gönder
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.